Snowdenə parolunu verən kəşfiyyat əməkdaşı cəzalandırılıb

Şəklin mənbəyi, AFP
Rusiyada sığınacaq almış ABŞ kəşfiyyatının sabiq işçisinə öz parolunu verdiyini etiraf edən Milli Təhlükəsizlik Agentliyinin (MTA) rəsmisi vəzifəsini tərk edib.
MTA ABŞ konqresinə təqdim etdiyi xidməti məlumatda həmin rəsminin insidentlə bağlı cəzalandırılmış işçilər arasında olduğu qeyd olunur.
İnformasiyada deyilir ki, kəşfiyyat əməkdaşlarından biri müqavilə əsasında işləyən Edward Snowdenə şifrələnmiş rəqəmsal açarı verib.
Həmin parol agentliyin kompüter şəbəkəsinə girişi təmin edir.
Yanvar ayında Edward Snowden parolu oğurladığı barədə məlumatları təkzib edib.
Edward Snowden ABŞ Mili Təhlükəsizlik Agentliyinin elektron izlənməsilə bağlı dünya miqyaslı proqramı barədə mətbuata açıqlama verdikdən sonra Rusiyada müvəqqəti mühacir statusunu qazanıb.
Ötən ilin sonunda ABŞ rəsmisi deyib ki, hazırda Rusiyada olan sabiq kəşfiyyatçı məxfi sənədləri yaymağı dayandırarsa əfv oluna bilər.




















