Tayland: polis və etirazçılar arasında qarşıdurma

Şəklin mənbəyi, Reuters
Çap edildi
Tayland paytaxtı Banqkokda onlarla insan etirazçılarla polis arasında qarşıdurma nəticəsində yaralanıb.
Məlumatlarda ən azı 60 insanın müxtəlif zədə aldığı, polis və mulkilərinsə öldürüldüyü bildirilir.
Polis ötən ilin sonunda nümayişçilərin tutduğu rəsmi binaları geri qaytarmağa çalışıb.
Çərşənbə axşamı səhəri nazirlik binasının qarşısında yüzə qədər etirazçı həbs edilib.
Taylandda noyabr ayından hökümətə qarşı etiraz aksiyaları keçiriləndən bəri siyasi böhran başlayıb.
Ötən aylar ərzində aksiya iştirakçıları rəsmi binaları zəbt edərək höküməti geri çəkilməyə çağırıb.
Hökümət bu həftə bildirib ki, bütün binaları geri qaytaracaq.




















