Alpinistlər Everesti tərk edir

Şəklin mənbəyi, AP
Ötən həftə 16 bələdçinin qar uçqununda həlak olmasından sonra yaranmış mübahisənin ardınca zirvəyə qalxmağa hazırlaşan alpinistlər dağ ətəyindəki bazadan geri qayrıdırlar.
Alpinistlərin dağa çıxmasını təmin edən yerli dağ bələdçiləri ölənlərin ailələrinə ödəniləcək kompensasiyaların yetərli olmadığını deyərək iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər. Əks təqdirdə onlar işə çıxmayacaqlarını bildiriblər.
Bələdçilər hökumətin indiyədək təklif etdiyi maliyyə yardımını rədd edib. Bələdçilərdən bəziləri hesab edir ki, ölənlərin xatirəsinə ehtiram əlaməti olaraq Everestə alpinist turları bu ilin sonunadək ləğv olunmalıdır.
Turizm Nepalın əsas gəlir mənbəyi olduğu üçün hökumət bu ilki alpinist mövsümünə son qoya biləcək mübahisənin qısa müddət ərzində həll olunmasını istəyir.
Ümid edilir ki, mübahisəyə rəğmən bəzi alpinist qrupları Everestə qalxmaq planlarından vaz keçməyəcək.
Bu il Everəst zirvəsinə 300 əcnəbi alpinist qalxmalı idi. Lakin ötən həftə bələdçilərin ölümünə səbəb olan qar uçqunu bu planlara təsirini göstərək qeyri-müəyyənlik yaradıb.
Aperlin 18-də baş verən qar üçqunu müasir dövrdə Everestdə qeydə alınan ən ölümcül təbii fəlakət hesab olunur.
Alpinist bələdçisi 3 ay davam edən zirvəyə qalxmaq mövsumu ərzində 8000 dollar qazana bilər. Bu məbləğ Asiyanın ən yoxsul ölkələrindən biri olan Nepaldakı orta məvacibin 10 qatını təşkil edir.
























