ABŞ-da qasırğa ən azı 9 nəfəri öldürüb

Şəklin mənbəyi, AP
Çap edildi
ABŞ-ın mərkəz və cənub hissəsində güclü qasırğa ən azı 9 nəfəri öldürüb.
Qurbanların səkkizi Arkansas ştatının paytaxtı Little Rock ətrafında, bir nəfər isə Oklahomanın şimal-şərqində yaşayırmış.
Qasırğa həmçinin, Nebraska, Kansas, Iowa və Missouri ştatlarına da təsir edib.
Rəsmilər 900 nəfərlik əhalisi olan Quapaw şəhərinin ciddi ziyan çəkdiyini açıqlayıb. "Görünür ki, şəhərin yarısı çox ciddi zədələnib, həmçinin yanğınsöndürmə binası".
Quapaw şəhərində həmçinin 6 nəfər yaralanıb.
Arkansas qasırğası 65 kilometrlik ərazini dağıdıb.
Milli Hava Xidməti açıqlayıb ki, qasırğa bazar axşamı başlayıb.

Şəklin mənbəyi, Oxford Mail

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, .




















