Fransada qısqanc ər meri axtalayaraq öldürüb

Dominique Leboucher-in cəsədi öz evində cümə axşamı aşkar olunub.
Şəklin alt yazısı, Dominique Leboucher-in cəsədi öz evində cümə axşamı aşkar olunub.
Çap edildi

Fransanın şimalındakı Kalvados departamentinə ( inzibati-ərazi birliyi – red.) aid kiçik kəndin meri məşuqəsinin qısqanc əri tərəfindən axtalanaraq qətlə yetirilib.

Dominique Leboucher-in cəsədi öz evində cümə axşamı aşkar olunub.

Qətldə şübhəli bilinən şəxs meri arvadı ilə əlaqədə ittiham etdikdən sonra intihar edib, polis bildirir.

Hadisənin baş verdiyi Bretteville-le-Rabet kəndi 257 sakinə malikdir.

Əvvəl sığorta şirkətində işləyən cənab Leboucher iki ay bundan əvvəl kəndin meri seçilmişdi.