Rusiya: DİN generalı dindirilmədə "özünü pəncərədən atıb"

Şəklin mənbəyi, RIA Novosti
Fevralda vəzifə səlahiyyətləri aşma və cinayətkar qrup yaratmaq ittihamı ilə istintaqa cəlb edilmiş Rusiya Daxili İşlər Nazirliyi Antikorrupsiya Baş İdarəsinin keçmiş rəis müavini Boris Kolesnikov dindirilmə zamanı İstintaq Komitəsinin pəncərəsindən özünü yerə atıb, müstəntiqlər məlumat verib.
Baş verən hadisənin təfərrüatları araşdırılır. Hüquq müdafiəçiləri olayı "qəribə hadisə" adlandıdırlar.
DİN-də deyirlər ki, ayaqyoluna aparılan general özünü pəncərədən atıb. “İstintaq hərəkətləti zamanı o altıncı mərtəbədən tullanıb və həyatını itirib”, Rusiya kütləvi informasiya vasitələri vəkil Georgiy Antonovdan sitat gətirir.
“Nizamnaməyə uyğun olaraq əməkdaş kabinaya daxil olmadan öncə onun əlindəki qandallarını açıb. Bir neçə saniyə sonra ittiham olunan birdən-birə ordan çıxaraq öncə bir, sonra dəhlizdə növbə çəkən ikinci konvoyu yıxaraq tualetlə qarşı-qarşıya balkona tərəf qaçıb və altıncı mərtəbədən tullanıb”, paytaxt idarəsinin mətbuat xidmətindən qeyd ediblər.
İstintaq altında olan generalın vəkilləri baş verən hadisə haqqında fərqli danışır.
“Vəkillərdən biri Çijikov Texniki döngədə keçən Kolesnikovun dindirilməsinə baş çəkib. Bundan sonra generalla eyvana çıxan müstəntiq Novikov içəriyə qaçaraq bəyan edib ki, Kolesnikov 5-ci mərtəbənin pəncərəsindən tullanıb”, İTAR-TACC Agentliyi vəkil Anna Stavitskayadan sitat gətirir.
İntihar cəhdləri
Kolesikovun digər vəkilinin sözlərinə görə. Onun müvəkkili müstəntiq otağı tərk edəndən sonra pəncərədən tullanıb.
“Sorğu-sual zamanı müstəntiq və vəkil Çijikov otaqdan çıxdılar, bu zaman mənim müvəkkilim pəncərədən aşağı tullandı. O öldü”, İnterfaks agentliyi vəkil Georgiy Antonovdan sitat gətirir.
Baş verən hadisədən sonra Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin Boris Kolesnikovun artıq iki dəfə özünü öldürmək istədiyini bəyan edib.
“Qeyd etmək lazımdır ki, daha əvvəl Kolesnikov həbsdə olarkən iki dəfə intihara cəhd edib”, Markin deyib.
May ayında Kolesnikov “Lefortovo” istintaq təcridxanasında kəllə-beyin travması ilə yerləşdirilib. Generalın zədə almasının səbəbləri barədə məlumatlar ortaya çıxmayıb.
Kolesnikovun necə və hansı halda özünü öldürməyə cəhd etməsi məsələsini Markin aydınlaşdırmayıb.
"Aydındır ki, nədənsə çəkinirdi"
Hüquq müdafiəçilərini Kolesnikovun hansı halda ölümü narahat edir. Moskva Helsinki Cəmiyyətinin rəhbəri Lyudmila Alekseyevanın sözlərinə görə, DİN Antikorrupsiya İdarəsinin keçmiş rəhbərinin intiharı hadisəsində çox suallar var.
“Bu çox qorxulu şeydir, nəsə qaranlıq hadisədir”, Alekseyeva İnterfaksa deyib.
“O qaçan zaman konvoyları vurub keçəndə bilirdi ki, hardasa açıq pəncərə var? Burada hər şey bir qədər qəribədir. Aydın deyil, o özü tullanıb, yoxsa onu atıblar”.
İctimai Müşahidə Missiyasının sədri Anton Tsvetkovun sözlərinə görə, Boris Kolesnikov həbsə düşəndə darvanışında qəribəlik olub.
“Kolesnikov özünü qəribə aparırdı, məsələn, bizim işçilərlə söhbət edəndə onlara göz vurub. Aydındır ki, o nədənsə çəkinirdi-əsaslı və ya əsassız, amma biz dəqiq anlamadıq məhz nədən. İşarələr olub ki, o öz yaxınlarına görə qorxur”, Tsvetkov İnterfaksa deyib.
Səlahiyyətləri aşma
Rusiya İnstintaq Komitəsinin rəsmi təmsilçisi generalın sorğu-sual zamanı intiharı faktı üzrə istintaqöncəsi yoxlama aparır.
General-mayor Kolesnikov özünün keçmiş rəisi Denis Suqrobovla və digər keçmiş həmkarları ilə səlahiyyətləti aşma maddəsi ilə ittiham olunub.
İstintaqın versiyasına görə, özlərini biznesmen kimi təqdim edən DİN əməkdaşları Federal Təhlükəsizlik Xidmətinin zabitinə himayəçlik müqabilində ayda 10 min dollar təklif etməyə cəhd göstəriblər.
İstintaqın məlumatına görə, məhz Kolesnikov rüşvət vermək üzrə həmin əməliyyatı sanksiyalaşdırıb. Kolesnikov günahını boynuna almayıb. General bildirirdi ki, onu Baş İdarə rəis müavini vəzifəsindən çıxartmaq istəyənlər quramaya salmağa cəhd edirlər.
























