Ukrayna münaqişəsi: Aİ ilə saziş iyunun 27-də imzalanacaq

Şəklin mənbəyi, AFP
Yeni Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Avropa İttifaqı ilə mübahisəli assosiasiya müqaviləsini iyunun 27-də imzalayacaq.
Ondan əvvəlki rusiyapərəst prezident Viktor Yanukoviç fevralda, son anda bu sazişi imzalamaqdan imtina edəndən sonra devrilib.
Atəşkəs barədə danışıqlara baxmayaraq Donetskdə hökümət qoşunları ilə rusiyapərəst fəallar arasında döyüşlər yenidən başlayıb.
Eyni zamanda NATO deyib ki, Rusiya əsgərlərini Ukrayna sərhədinə qaytarıb.
BMT-nin bu həftə buraxdığı hesabatına görə təxmin edilir ki, mayın 7-dən şərqi Ukraynada azı 356 adam, o cümlədən 257 mülki şəxs öldürülüb.
Assosiasiya müqaviləsinin siyasi hissələri martda, Ukraynanın müvəqqəti höküməti tərəfindən <link type="page"><caption> imzalanmışdı</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/03/140321_ukraine_eu_association_.shtml" platform="highweb"/></link>.
Cənab Poroşenko müqavilə barədə bəyanatı Kiyevdə yüksək çinli rəsmiləri təyin edərkən edib.
Pavlo Klimkin xarici işlər naziri vəzifəsinə təyin edilib. O, ötən həftəsonu Kiyevdəki Rusiya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında Prezident Putini söydüyünə görə Moskvanı qəzəbləndirən Andriy Deşşitsyanı əvəz edəcək.
Baş prokuror Oleh Mahnitskini Vitaliy Yarema əvəz edəcək. Ölkənin mərkəzi bankiri isə Valeriya Hontaryeva olacaq.
Müxbirlər deyirlər ki, cənab Poroşenko yeni şəxsləri vəzifəyə gətirməklə səlahiyyətlərini təsdiq etmək istəyir.
























