Sincan: polis bölməsinə hücum vaxtı “13 adam öldürülüb”

Şəklin mənbəyi, Reuters
Etnik uyğurların yaşadığı Sincan bölgəsinin hakimiyyətinə əsasən polis binasına avtomobillə daxil olaraq partlayacı maddəni işə salan hücumçular polis atəşilə öldürülüblər.
Hadisədə 3 hüquq-mühafizəçi xəsarət alıb, dövlət agentliyi bildirir.
Qaşqar əyalətindəki insident barədə əlavə məlumat verilmir.
Xarici jurnalistlərin işinə qoyulmuş qadağa və məlumatlara sərt nəzarət şəraitində informasiyanı müstəqil mənbədən təsdiqləmək mümkün deyil.
Bir neçə gün öncə yerli hakimiyyət “terrorçuluq hücumlarına” görə məhkum edilmiş 13 adama dair ölüm cəzasının icra olunduğu bildirib.
Onlardan üçü bölgə paytaxtı Urumçi şəhərində 24 adamın ölümünə bais olmuş polis idarəsinə basqından sonra yaxalamışdır.
Fəallar uyğur liderlərindən irəli gələn separatçılıq təhlükəsi barədə məlumatların şişirdilmiş olduğunu deyirlər.




















