Malayziya: xristianlara "Allah" sözünü işlətməyə icazə verilməyib

Malaysia protest
Şəklin alt yazısı, Malayziyada xristianlara "Allah" sözünü işlətmək yasaq edildi.
Çap edildi

Malayziya federal məhkəməsi xristianların "Allah" sözünü işlətməsini yasaqlayan qərarı qüvvədə saxlayıb.

Bazar günü məhkəmə kollegiyası Herald katolik mətbəəsinə öz nəşrlərində "Allah" sözünün işlədilməsini qadağan edən hökmün düzgün qərar olduğunu təsdiqləyib.

Məhkəmə qərarının yenidən baxılmasını istəyən Herald mətbəəsinin qənaətinə görə malay dilində "Allah" sözü Malayziyada etiqad edilən bütün dinlər üçün eyni mənaya malikdir və əsrlər boyu həmin mənada istifadə olunub.

Bundan əvvəl Herald nəşri bildirmişdir ki, "Allah" sözü Yaxın Şərq və İndoneziyada müsəlmanlar və xristianlar tərəfindən qəbul edilən və işlədilən sözdür.

Buna baxmayaraq Malayziya məhkəməsi hesab edib ki, xristianlar üçün bu sözdən istifadəyə qadağanın götürülməsi müsəlmanları çaşdıra bilər, bu isə öz növbəsində ölkədə iğtişaşlarən başlanmasına səbəb ola bilər.