Şəkillərdə: Miniatür dünya

Çap edildi

Rəssam internetdən tapdığı miniatür fiqurlardan sürrealist səhnələr yaradır

David Gilliver/Barcroft Media
Şəklin alt yazısı, "Çiyələk bığcığında oturanlar" Gürnseyli rəssam David Gilliverin yeni işidir
David Gilliver/Barcroft Media
Şəklin alt yazısı, Gilliver sürreal səhnələr yaratmaq məqsədilə miniatür fiqurların axtarışı üçün saatlarla internetdə dolaşır. "Poltergeyst" filmindən səhnə məhz belə yaranıb.
David Gilliver/Barcroft Media
Şəklin alt yazısı, Gilliver son işləri üçün ev əşyalarından və ərzaq parçalarından istifadə edib. Bu səhnədəki mini insanlar tətildədirlər və gözəl havadan ləzzət alırlar.
David Gilliver/Barcroft Media
Şəklin alt yazısı, "Bağ qayğıları". Su vəzərisindən də kol olarmış.
David Gilliver/Barcroft Media
Şəklin alt yazısı, Hər bir səhnənin yaradılmasına və fotoya alınmasına təxminən 90 dəqiqə sərf olunur.
David Gilliver/Barcroft Media
Şəklin alt yazısı, Rəssam miniatür dioramaların yaradılmasına on il bundan əvvəl, Qlazqo İncəsənət Məktəbində İncəsənət Fotoqrafiyası üzrə diplom işinə hazırlaşanda başlayıb.
David Gilliver/Barcroft Media
Şəklin alt yazısı, "Miniatür fiqurlar məni həmişə məftun edib və onlardan necə istifadə etmək ideyasının axtarışından həmişə zövq almışam" - deyir Gilliver.
David Gilliver/Barcroft Media
Şəklin alt yazısı, "Mən çox yaxşı mənzərə fotoqrafıyam və düşünürəm ki, məndə ilkin maraq fotoqrafiyanın tamamilə fərqli üslubunu tapmaq istəyindən yaranıb" - deyir rəssam.