Əfsanəvi Harley-Davidson elektrosikli sınaqdan çıxarır

Harley-Davidson
Şəklin alt yazısı, Harley-Davidson elektromotosikli qeyri-adi səssizliyilə seçiləcək.
Çap edildi

Əfsanəvi motosikl istehsalçısı Harley-Davidson şirkəti özünün ilk elektrosiklini təqdim edib.

Elektriklə işləyən motosikl kütləvi satışa buraxılmayacaq, əvəzində şirkət ABŞ-da bu motosiklləri sürən və öz təcrübələrini bölüşmək istəyən müştərilərini özü seçəcək.

Project LiveWire adlı layihəyə əsasən motosikl Amerikanın simvollarından birinə çevrilmiş 66-cı şose boyunca hərəkət edəcək və daha sonra şirkətin 30-dək diler mərkəzlərində nümayiş etdiriləcək.

Motosiklin batareyaları doldurulmadan 209 kilometrədək gedə bilər. Onun maksimal sürəti saatda 148 kilometrdir. Batareyanın doldurulması isə yarım saatdan bir saatədək vaxt aparır.

Səssiz motosikl

Şirkətin pərəstişkarları onun yeni məhsulunu birmənalı qarşılamayıblar.

Böyük Britaniyada Harley-Davidson motosiklləri olanların klubu yeni məhsula şübhə ilə yanaşır.

Reklam çarxlarında elektrosikl 66-cı şose ilə tam səssiz gedir.

Motosikl “dəliləri” üçünsə səs mühərrikin canıdır. Onlar həm də bu səssizliyi gur yollarda təhlükə hesab edirlər.

Hazırda elektrovelosipedlər daha populyardır. Məsələn, Çində ildə 25 milyon elektrovelosiped satılır.

Ekspertlər isə bu qənaətdədirlər ki, hazırda iqlim dəyişikliyi və ekologiya çox mühüm məsələdir və bu mənada elektrik motosikllərini yalnız alqışlamaq olar.