Avropa Parlamenti Fransanın niqab qadağasını təsdiqləyib

Şəklin mənbəyi, AFP
Avropa İnsan Haqları Məhkəmsi Fransanın qadınların üzünü bütövlükdə qapayan geyimə qoyduğu qadağanı qüvvədə saxlayıb.
Bununla bağlı iddia qaldırmış 24 yaşlı fransalı qadının sözlərinə görə, ictimai yerlərdə niqab geyinmək qadağası onun din və ifadə azadlığını pozur.
Fransa qanunlarına görə, heç kim ictimai yerlərdə üzünü tam qapayan paltar geyinə bilməz. Bunu edən hər kəsə 150 avro məbləğində cərimə kəsilir.
2010-cu ildən qüvvədə olan qanun keçmiş mühafizəkar prezident Nicolas Sarkozy-nin dövründə qəbul edilib.
Məhkəmənin qərarına görə, qadağa “geyimin dini çalarına görə deyil, bütün üzü qapatdığına görə tətbiq edilir”.
Məhkəmənin çıxardığı qərarda həmçinin bildirilir ki, “üzün ictimai təqdimatda mühüm əhəmiyyətinin olması ilə bağlı dövlətin müraciəti də nəzərə alınıb.”




















