Macarıstan Ukraynaya qaz nəqlini kəsib

Çap edildi

Macarıstan qaz kəmərlərini idarə edən FGSZ şirkəti qonşu Ukraynaya yanacaq nəqlini "qeyri-müəyyən müddətə" dayandırıb.

Ödənişlərlə bağlı həll edilməmiş qalan mübahisəyə görə Rusiya təchizatının kəsilməsindən sonra Ukraynaya qaz Polşa, Macarıstan və Slovakiya kəmər infrastrukturu vasitəsilə çatdırılıb.

Ukraynanın dövlət qaz şirkəti Naftogaz Macarıstanın addımının "gözlənilməz və izah edilməmiş" olduğunu deyib.

FGSZ Ukraynaya qaz nəqlinin dayandırılmasını daxili tələbatın dəyişməsi ve texniki səbəblərlə izah edib.

Qaz nəqli üzrə şirkətin bəyanatı Rusiyanın Qazprom şirkətinin rəhbərilə Macarıstan baş nazirinin Budapeştdə keçirilən görüşdən üç gün keçmiş səslənib.

Moskva ilə yaxın əlaqələrə malik olan Macarıstanın baş naziri Viktor Orban Rusiya əleyhinə Aİ sanksiyalarını dəfələrlə tənqid edib.

Qış ərəfəsində Rusiya qazı olmadan Kiyevin isitmə problemi öhdəsindən gələ biləcəyinə inananların sayı getdikcə azalmaqdadır.

Cümə günü Avropa İttifaqının vasitəçiliyilə Berlində keçirilən görüşdə Ukrayna və Rusiyanın energetika nazirləri problem ətrafında fikir mübadiləsi aparacaqlar.

İlin əvvəlində Rusiya xəbərdarlıq etmişdi ki, Avropa İttifaqı üzvlərinin Ukraynaya qaz nəql etməsi nəticəsiz ötüşməyəcək.