Rusiya XIN: "İslam Dövləti" sıralarında onlarla rusiyalı iştirak edir

Şəklin mənbəyi, AP
Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov İslam Dövləti (İD) sıralarında onlarla rusiyalılnın olduğunu güman etdiyini bildirib.
"Söhbət terrorçu beynəlmiləl qrupdan gedir", Boqdanov Kommersant qəzetinə bildirib.
Nazir müavininin sözlərinə görə, qruplaşma üzvləri İD nəzarət etdiyi ərazilərdə təlim keçdikdən sonra öz ölkələrinə qayıtdıqda həmin ölkələrin təhlükəsizliyi üçün problemə çevrilirlər.
Mixail Boqdanovun sözlərinə görə, İD qüvvələrində 70-80 dövlətin vətəndaşları iştirak edir.
“Həmin adamlarda Qərb ölkələrinin pasportları var və onlar bütün dünya boyu vizasız və yoxlamadan keçmədən hərəkət edə bilirlər”, diplomat xəbərdarlıq edib.
Qərb ekspertlərinin təxminlərinə görə, Rusiya və keçmiş Sovet İttifaqı respublikaları vətəndaşlarının sayı İD sıralarında bir neçə yüzə çata bilər.
Ötən həftə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İD döyüşçülərinin sayının 30-50 min olduğunu bildirmişdi.
ABŞ isə Mərkəzi Kəşfiyyat İdarəsi İD döyüşçülərinin sayının tərkibinin 31 min nəfərə çatdığı qənaətindədir.
























