Ukrayna: üsyançılar Donetsk aeroportuna yenidən hücuma keçib

Şəklin mənbəyi, Reuters
Ukraynanın şərqində üsyançılar hökümət qüvvələrinin nəzarət etdiyi Donetsk aeroportuna yenidən hücuma keçib, rəsmilər bildirib.
Son dövrdə rusiyapərəst üsyançılar şəhərin şimal qərbində yerləşən aeroporta nəzarəti ələ keçirmək üçün bir neçə dəfə hücuma keçiblər.
Ukrayna hərbiyyəsinin bildirdiyinə görə, çərşənbə günü üsyançılar "geniş cəbhə xəttində" hücumu davam etdiriblər.
Ukraynanın şərqində qüvvədə olan atəşkəs rejimi tez-tez pozulur.
Atəşkəs sentyabrın 5-dən qüvvədədir, lakin çərşənbə günü Donetsk məktəbinə düşən mərmi 4 nəfərin ölümünə səbəb olub, digər hadisədə isə miniavtobusun atəşə düşməsi nəticəsində daha 6 nəfər həlak olmuşdu.
Kiyev hökümətinin rəsmisi Vladyslav Seleznyov Ukrayna televiziya şirkəti "5-ci kanal"a döyüşlər zamanı T-64 tankının məhv edildiyini və 7 üsyançının öldürüldüyünü bildirib.




















