Şahzadə George-u "təqib edən" fotoqrafçıya xəbərdarlıq

Kate, William, George
Şəklin alt yazısı, Sarayın bəyanatında deyilir ki, Şahzadə George gənc olarkən "ona mümkün qədər normal həyat tərzi sürməyə imkan vermək lazımdır"
Çap edildi

Cambridge Hersoq və Hersoginyasının vəkilləri fotoqrafçını Şahzadə George və onun dayəsini "təqib etməyi dayandırmağa" çağırıblar.

Kensington Sarayının bəyanatında yazılıb ki, fotoqrafçı kişi mərkəzi London parkında 14 aylıq Şahzadə George-un yanında görünəndən sonra onlar bu addımı atmalı olublar.

Bəyanatda deyilir: "Heç bir valideyn kiminsə, uşaqlarını və dayələrini təqib etməsi, narahat etməsi barədə şübhələrə dözə bilməz".

Cütlük hələ ki, kişiyə qarşı leqal tədbirlər görməyəcək.

"Əgər onlar bu cür hərəkətlərin dayanacağı barədə əminlik ala bilməsələr, onlar hüquqi tədbirlər barədə düşünəcəklər", BBC-nin kral ailəsi müxbiri Nicholas Witchell deyir.

Müxbirimiz əlavə edib ki, ötən həftə kral ailəsi mühafizəçiləri "bir neçə ildir" hərəkətlərinə görə xəbərdarlıq alan həmin kişini qovmuşdular.

Sarayın bəyanatında deyilir: "Sözügedən şəxsin Şahzadə George-u bir müddət izləməsi və onun gündəlik cədvəlini öyrənməsi barədə narahatlıqlar var".

"Hersoq və Hersoginya Şahzadə George-un bir gün sahib olacağı ictimai rolu başa düşürlər, amma o gənc olarkən ona mümkün qədər normal həyat tərzi sürməyə imkan vermək lazımdır".