Britaniyanın RAF Tornadoları İD maşınını bombalayıb

Çap edildi

Britaniya Kral Hava Qüvvələrinin hərbi təyyarələri İraqda İslam Dövlətinə məxsus maşına bomba zərbələri endirib, Müdafiə Nazirliyi deyir.

İki Tornado gecəyarısı İD-nin silahlarla dolu pikup maşınına qarşı "uğurlu əməliyyat" həyata keçirib, nazirlik bildirir.

Hücumlar ərazidəki Kürd silahlılarına dəstək məqsədilə edilib. Kürd döyüşçüləri İraqın şimal-şərqində İD mövqelərinə doğru irəliləyir, MN xəbər verir.

Nazirlik deyir ki, iki Tornado təyyarəsi yerli qüvvələrə "həyati əhəmiyyətli yardım" göstərir.