İsveç Fələstin dövlətini tanıyacaq

İsveç paytaxtı
Şəklin alt yazısı, Ötən ay İsveç yeni hökumətini seçib və hakimiyyət sağmərkəzçilərdən solmərkəzçilərə keçib (Stefan Lofven soldan ikincidir)
Çap edildi

İsveç Fələstin dövlətini rəsmən tanıyacaq, Baş nazir Stefan Lofven deyib. Beləliklə İsveç bunu edən ilk uzunmüddətli Aİ ölkəsi olacaq.

"İsrail ilə Fələstin arasındakı münaqişə yalnız iki dövlət prinsipi ilə həll oluna bilər", o, parlamentdə deyib.

Məsələ "beynəlxalq qanunvericiliyə uyğun olaraq müzakirə olunmalıdır", deyə cənab Lofven əlavə edib.

Ötən ay İsveç yeni hökumətini seçib və hakimiyyət sağ mərkəzçilərdən sol mərkəzçilərə keçib.

Cənab Lofven Fələstinin nə vaxt rəsmən tanınacağını bildirməyib.

Müxbirlər deyirlər ki, İsveçin bu addımı İsrail və ABŞ tərəfindən sərt tənqid olunacaq. Bu ölkələr deyirlər ki, Fələstin dövləti yalnız danışıqlar nəticəsində əmələ gəlməllidir.