#WakeUpCall: şəbəkələrdə yeni ulduz fleşmobu dalğası

wakeupcall
Şəklin alt yazısı, İanə etməsəniz Blümentalla fotolarımızı yerləşdirməkdə davam edəcəyəm, Top Gear şousunun aparıcısı Jeremy Clarkson yazıb.
Çap edildi

Sosial şəbəkələrdə Britaniya və amerikalı məşhur ulduzlar yeni fleşmob kampaniyasına start veriblər.

Ulduzlar səhər tezdən yuxudan oyanarkən çarpayıda çəkilmiş fotolarını şəbəkələrdə #wakeupcall həştəqilə yerləşdirərək, Suriya uşaqları üçün UNICEF xəttilə vəsait toplanmasında iştirak etməyə çağırırlar.

Yeni Ice Bucket Challenge kampaniyasının uğurunu təkrar edəcəyi güman edilir.

Yeni fleşmobda artıq ulduz model Naomi Campbell, müğənni Natalie İmbruglia, aktyor Stephen Fry, Britaniya televiziyasının Top Gear avtomobil şousunun aparıcısı Jeremy Clarkson, ulduz aşbaz Heston Blumental iştirak ediblər.

Naomi

Suriyada uşaqların kritik vəziyyətdə olduğuna diqqəti yönəldən #Wakeupcall həştəqinin adı fotoların səhər tezdən oyanışdan dərhal sonra çəkildiyindən xəbər verir.

Fry

Britaniyada ötən ilin yazında buna bənzər #nomakeupselfie fleşmobu populyarlıq qazanmışdı. O zaman qadınlar makiyajsız fotoloranı şəbəkəyə yerləşdirərək xərcəng xəstəliyilə bağlı araşdırmaya pul toplamağa çağırış edirdilər.

Fleşmob epidemiyası?

twitter
Şəklin alt yazısı, Ulduzlar xeyriyyə fleşmoblarında iştirak etməyə həvəslidir

Bundan bir qədər əvvəl aktyor Stephen Fry kişilərdə yumurtacıq xərçəngi əleyhinə profilaktik kampaniyaya diggət çəlb edən #FeelingNuts fleşmobuna qatılmışdı.

Kampaniya kişilərə mütəmadi həkim müayinəsindən keçməyin vacibliyinə diqqəti cəlb edirdi.

Həmin fleşmobda iştirak edən ulduzlar "Michael Jackson duruşunda" şəkil çəkdirib səhifələrində yerləşdirirdilər.

Təhlilçilər ulduzların bu cür kampaniyalarda iştirakını xeyriyyə məqsədilə yanaşı eləcədə onların diqqət mərkəzində qalmaq və cəmiyyətin gözündə əlavə xal toplamaq istəyilə izah edirlər.

Ulduzların iştirakı fleşmobların populyarlıq qazanmasına kömək edir, sadə adamlar isə pərəstiş etdikləri ulduzlarla eyni kampaniyada iştirakdan fərəh hissi keçirirlər.