Heathrow aeroportunda Ebola yoxlamaları başlayır

Şəklin mənbəyi, EPA
Heathrow aeroportunda Ebola epidemiyası riski altında olan ölkələrdən Britaniyaya gələn sərnişinlər tibbi yoxlamadan keçirilir.
Ehtimallara görə, Milad bayramına qədər Britaniya 10-dək Ebola xəstələyinə tutulma halları ilə üzləşə bilər.
Yoxlamalar hələ ki, aeroportun 1-ci terminalından başlayıb. Artıq bir neçə adamın hərarəti ölçülüb, səhiyyə rəsmiləri deyir.
Yoxlamalar bundan sonra Ebola yoxlaması qalan terminalları, eləcə də Gatwick aeroportu və Eurostar vağzalını da əhatə edəcək.
Sentyabr ayında Qərbi Afrikanın Ebolaya məruz qalmış ölkələrindən Britaniyaya 1,000 insan gəlib.
Britaniya aeroportlarında ölkənin sərhəd xidməti əməkdaşları Syerra Leone, Qvineya və Liberiyadan gələn sənişinləri müəyyən edəcək.
London aeroportlarında yoxlama İngiltərə Səhiyyə Nazirliyi əməkdaşları tərəfindən həyata keçirilir.
Ebolaya görə aeroport yoxlamaları zamanı sərnişinlərin hərarətinin ölçülməsi, Ebola xəstəliyinə tutulma hadisəsi üçün tərtiblənmiş anket suallarına cavab verilməsi və sərnişinlə əlaqə saxlamaq üçün kontakt məlumatlarının götürülməsi nəzərdə tutulub.
Eboladan şübhəli bilindiyi halda həmin sərnişin yubanmadan xəstəxanaya yerləşdiriləcək.
Ebola xəstəsilə təmasda olduğundan yüksək riskli sayılan, lakin xəstəlik simptomları bildirməyən sərnişinlərlə isə İngiltərə Səhiyyə Nazirliyi gündəlik əsasda əlaqə saxlayıb onların hal-əhvalı ilə maraqlanacaq.
Liberiya, Syerra Leone və Qvineyada Ebola xəstəliyindən 4,000-dən artıq adam ölüb.
























