Şimali Koreya lideri “ictimaiyyət qarşısında görünüb"

Şimali Koreya liderinin şəkilləri aparıcı qəzetdə dərc olunub.
Şəklin alt yazısı, Şimali Koreya liderinin şəkilləri aparıcı qəzetdə dərc olunub.
Çap edildi

Şimali Koreya lideri Kim Jong-un 3 sentyabrdan bəri ilk dəfə ictimaiyyət qarşısında görünüb, ölkənin rəsmi xəbərlər agentliyi bildirir.

Çərşənbə axşamı KCNA agentliyi alimlərin yeni tikilmiş yaşayış məhəlləsinə baş çəkən cənab Kim Jong-un-un sahədə göstərişlər verdiyini bildirir.

Sahəyə baş çəkərkən çəliklə gəzən Şimali Koreya liderinin fotoşəkilləri Rodong Sinmun qəzetində dərc olunub.

Kim Jong-un-un ictimai tədbirlərdə gözə dəyməməsi 32 yaşlı liderin səhhətilə bağlı şaiyələrin yayılmasına səbəb olub.

Bəzi müşahidəçilər Şimali Koreya liderinin podaqra və yaxud da bud-çanaq oynağındakı problemdən əziyyət çəkdiyini bildirib.

Digərləri isə onun hakimiyyətə nəzarət etdiyini sual ediblər.

Kim Jong-un-un alimlər üçün tikilmiş yaşayış məhələsinə baş çəkdiyi bildirilir.
Şəklin alt yazısı, Kim Jong-un-un alimlər üçün tikilmiş yaşayış məhələsinə baş çəkdiyi bildirilir.

2012-ci ilin mart ayında Kim Jong-un 21 gün ərzində ictimaiyyət qarşısına çıxmayıb.

Həmin ilin iyun ayında isə onu 24 gün ərzində görməyiblər. 2013-cü ildə təkrar baş verən bu hal 18 gün davam edib.

Təhlil, Stephen Evans, BBC News, Seul

Fotoşəkillərdən Şimali Koreya liderinin nə dərəcədə sərbəst və nə qədər çox gəzdiyini demək mümkün deyil. Eynilə onun fotoqrafçılar qarşısına məhz şəkil çəkdirmək üçün çıxıb-çıxmadığını da söyləmək mümkün olmur.

Əli çəlikli Kim Jonh-un rəsmilərlə müşaiyyət olunub.
Şəklin alt yazısı, Əli çəlikli Kim Jonh-un rəsmilərlə müşaiyyət olunub.

Şəkillərdəki çəliyin müalicə edilməmiş qalan xəstəlik nəticəsində, yoxsa cərrahiyyə əməliyyatından sonra gəzdirildiyini demək də mümkün deyil.

Hərçənd ki, görüntülərdən Kim Jong-un hakimiyyət başında qaldığını aydın görmək olar.

Şəkildə Kim Jong-un-un sözlərini diqqətlə dinləyən köməkçilərdən biri 10 gün əvvəl Cənubi Koreyaya yollanan Şimali Koreya nümayəndə heyətinin rəhbəri general Hwang Pyong-so-dur.

Həmin vaxtlar aktiv yayılan şaiələrdən birində bu səfər hərbi liderin hakimiyyətə nəzarət etməsi kimi yozulub.

Kim Jong-un-un ictimaiyyət qarşısına çıxmaması onun fiziki vəziyyətinin “rahatsız” olduğu ilə izah edilib. Hərçənd ki, bu xəbəri yayan rəsmi media təfərrüatlara varmayıb.

Bazar günü Şimali Koreyanın Londondakı səfiri Kim Jong-un-un səhhətinin yaxşı olduğunu bildirib.

Gözə dəymədiyi müddət ərzində cənab Kim Şimali Koreya İşçi partiyası və Şimali Koreya dövlətinin yaranmasının ildönümü ilə bağlı iki mühüm tədbirdə iştirak etməyib.

Siyasi təhlilçilərə görə adətən hər iki gündə ölkə rəhbərliyinin bu tədbirlərə baş çəkməsi gözlənilir.

2011-ci ildə atası Kim Jong-ilin vəfatından sonra hakimiyyət başına gələn Kim Jong-un tezliklə hakim partiya, dövlət və ordu rəhbəri olub.

2012-ci ildə ordu rəhbərliyindəki dəyişikliklərdən sonra o ən yüksək – marşal rütbəsini qazanıb.

2013-cü ildə Şimali Koreya liderinin dayısı Chang Song-thaek "dövlətə xəyanətə görə" həbsdən sonra edam edilib.