Putin Milan sammitindən sonra Berlusconiyə baş çəkib

Vladimir Putin cümə günü Milan sammitini tərk edərkən pencəyini geyinir.
Şəklin alt yazısı, Vladimir Putin cümə günü Milan sammitini tərk edərkən pencəyini geyinir.
Çap edildi

Milanda Asiya-Avropa sammitinin işinə qatılan Rusiya prezidenti gecə çağlarında İtaliyanın sabiq baş naziri Silvio Berlusconiyə baş çəkib.

İki saat davam edən görüşdən sonra Vladimir Putin vergilərdən yayınmaq ittihamı ilə məhkum edilmiş Berlusconinin evini yerli vaxtla səhər saat 03:45-də tərk edib.

Berlusconi hakimiyyətdə olarkən iki siyasətçi arasında yaxşı şəxsi münasibətlər qurulub.

Sammitin ilk günündə 62 yaşlı cənab Putinin Almaniya kansleri Angela Merkel ilə görüşə vaxtında gəlməməsi təəccüblə qarşılanıb.

Cümə axşamı Belqraddakı hərbi parada qatılan Rusiya prezidenti təyyarələrin uçuşunu izləyir.
Şəklin alt yazısı, Cümə axşamı Belqraddakı hərbi parada qatılan Rusiya prezidenti təyyarələrin uçuşunu izləyir.

Ukrayna sülh prosesilə bağlı Angela Merkellə danışıqlar 4 saatlıq gecikmə ilə başlayıb, Rusiya mediyası bildirir.

Cümə axşamı Vladimir Putin Milana gəlib.
Şəklin alt yazısı, Cümə axşamı Vladimir Putin Milana gəlib.

Müxbirlərə əsasən cənab Putin gecikmələrilə ad çıxarıb. Ötən il Vatikana baş çəkərkən o, Roma Papası Francisi 50 dəqiqə gözlətdirib.

Vladimir Putinin yubanmasına görə Angella Merkellə ilk görüş 4 saat gecikmə ilə başlayıb.
Şəklin alt yazısı, Vladimir Putinin yubanmasına görə Angella Merkellə ilk görüş 4 saat gecikmə ilə başlayıb.

Rusiya prezidenti cənab Berlsuconi ilə ədliyyə hakimiyyətinin “xüsusi icazəsi”lə görüşüb, italiyalı jurnalist Gerardo Pelosi öz Twitter hesabında bildirib.

Cümə günü saat 03:45: Berlusconi Putini yola salarkən əl edir
Şəklin alt yazısı, Cümə günü saat 03:45: Berlusconi Putini yola salarkən əl edir

"Rəsmi tədbirlər başa çatandan sonra Putin köhnə dostu Berlusconiyə baş çəkib", - Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Berlusconiyə baş çəkdikdən sonra, yerli vaxtla saat 08:00-də (Bakı vaxtı ilə - 11:00) Vladimir Putin yenidən Angela Merkellə görüşüb.

Ötən il vergilərdən yayınmaq ittihamı ilə bir il ərzində ictimai işlərə məhkum edilən 78 yaşlı Berlusconi cəzasını Milan yaxınlığındakı qocalar evində çəkir.

İyun ayında apelyasiya məhkəməsi Berlusconinin intim yaxınlıq üçün azyaşlıya pul ödəməsilə bağlı daha bir məhkəmə hökmünü ləğv edib.

Hadisə baş verərkən Karima El-Mahroug-un yaşı barədə Berlusconinin xəbəri olduğunu təsdiqləyən kifayət qədər dəlil mövcud deyil, qərarını izah edərkən məhkəmə bildirib.