Ukrayna böhranı: "Üsyançıların silah karvanları" narahatlıq doğurub

Şəklin mənbəyi, AP
ABŞ və Avropa İttifaqı şərqi Ukraynada separatçı döyüşçülərin çoxalması barədə məlumatlara görə narahatlıqlarını bildiriblər.
Donetsk şəhərinin ətrafında artilleriya atəşindən sonra gecə vaxtı güclü bombalama olub. Bu, atəşkəsi daha da zəiflədib.
Nəzarətçilər və jurnalistliər məlumat veriblər ki, şəhər yaxınlığında ağır silah, tank və döyüşçü daşıyan işarəsiz karvanlar var.
Rusiya separatçı üsyançıları silahla təmin etməsi barədə iddiaları inkar edir.
Aİ-nin xarici siyasət üzrə rəhbəri Federica Mogherini deyib ki, bu məlumatlar "narahatedicidir".
"Ukraynada separatçıların idarə etdiyi ərazilərdə böyük məbləğdə ağır silah, tanklar və əsgərlər daşıyan işarəsiz karvanların qərbə doğru irəliləməsi barədə ATƏT-in [Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı] Xüsusi Monitorinq Missiyasının məlumatları çox narahatedici bir hadisədir", o deyib.
Ağ Ev xəbərdarlıq edib ki, rusiyapərəst üsyançıların yeni əraziləri zəbt etmək barədə hər hansı cəhdləri sentyabrda Minskdə imzalanan atəşkəs sazişinin "açıq-aşkar pozması" olardı.

Yüksək Riskli insidentlər
1 - 3 mart: Rusiya hərbi təyyarəsinin öz yeri barədə məlumat vermədiyinə görə o az qala mülki təyyarə ilə toqquşub.
8 - 12-17 oktyabr: İsveç ərazi sularında Rusiya sualtı qayığının peyda olması barədə xəbər onun axtarışına təkan verir. Bu İsveç sularında Soyuq Müharibənin başa çatmasından bəri həyata keçirilən ən geniş miqyaslı sualtı axtarış əməliyyatı olub.
Ciddi insidentlər
2 - İyun: Danimarkanın Bornholm adasına yaxınlaşan Rusiya hərbi təyyarəsi hücum simulyasiyasına bənzəyən manevr həyata keçirib.
3 - 16 iyul: Rusiyanın hərbi təyyarəsi Latviya ilə İsveç arasındakı beynəxalq həva məkanında İsveç izləmə təyyarəsinin uçuşuna müdaxilə edərək ona 10 metrlik məsafəyə yaxınlaşıb.
4 - 18 iyul: Rusiya qırıcı təyyarəsindən aralaşmaq uçun ABŞ-ın izləmə təyyarəsi İsveçin hava məkanına daxil olmaq məcburiyyətində qalıb.
5 - Avqust: Rusiya təyyarələri sərhədi pozaraq bir neçə dəfə Finlandiya hava məkanına daxil olub.
6 - 5 sentyabr: Estoniya təhlükəsizlik qüvvələrinin əməkdaşı bu ölkənin ərazisində ələ keçirilərək Rusiyaya qaçırılır.
7 - 17 sentyabr: İki Rusiya təyyarəsi Oland adaları yaxınlığında İsveç sərhədini pozaraq bu ölkənin hava məkanına daxil olub.
9 - 28-30 oktyabr: NATO sərhədləri boyunca uşuç həyata keçirən Rusiyanın qırıcı və bombardmançı təyyarələrinin fəallaşmasına cavab olaraq NATO ölkələrinin təyyarələri havaya qaldırılıb.
10 - 28-30 oktyabr: NATO hava qüvvələri Şimal, Antlantik və Qara Dənizdə alyansa üzv ölkələrin sərhədləri yaxınlığındakı beynəlxalq məkanda uçuş həyata keçirən Rusiya hərbi təyyarələrini müşayiət ediblər.
Rusiyapərəst separatçılar Donetsk və Luhansk regionlarını zəbt edəndən sonra apreldə başlayan döyüşlər nəticəsində 4000-dən çox adam həlak olub.
Ötən həftə üsyançıların keçirdiyi seçkilərdən sonra Donetsk ətrafında artilleriya atəşi yenidən başlayıb, amma bazar gününə keçən gecə baş verən bombalamanın xüsusilə güclü olduğu deyilir.
Hələ ki, ölümlər barədə heç bir məlumat yoxdur.
























