Donbasda Ukrayna banklarının xidməti dayandırılır

Şəklin mənbəyi, AFP
Kiyevdəki hökumətin qərarı ilə Ukrayna bankları Donbas regionundakı müəssisə və fərdi hesablara xidmətlərini bir ay ərzində dayandırlmalıdırlar.
Petro Poroşenkonun təsdiqlədiyi qərar Ukrayna prezidentinin saytında dərc olunub.
Müstəqilliyini elan etmiş iki şərqi bölgədə həmçinin dövlət müəssisələri, təşkilat və qurumların işi dayandırılacaq.
Kiyev Donetsk və Luhanskın bəzi ərazilərinə enerji təchizatının xüsusi qaydaya keçiriləcəyini bildirib.
Bu məqsədlə Ukrayna büdcəsi ilə yerli büdcələr arasında qarşılıqlı öhdəliklər barədə qanunvericiliyə əlavələr daxil olunacaq.
Tanınmamış "Donetsk Xalq Respublikasının" sabiq rəhbəri Kiyevin qərarını “Donbasın tam iqtisadi blokadası” kimi dəyərləndirib.
Denis Puşilin ATƏT-i məsələyə qiymət verməyə səsləyib.




















