Qüds: Sinaqoqa hücum nəticəsində 4 nəfər ölüb

Qüds
Şəklin alt yazısı, Hücum nəticəsində azı 4 israilli ölüb.
Çap edildi

Polisin bildirdiyinə görə, Qüdsün qərbində sinaqoqa tapança, bıçaq və balta ilə silahlanmış iki nəfərin hücumu nəticəsində azı 4 nəfər israilli ölüb və 8 nəfər yaralanıb.

Qüdsün şərqindən olan fələstinli hücumçular güllələnib, polis bildirib.

Son zamanlar Qüdsdə israillilərin Dağüstü Məbəd adlandırdığı Hərəm əs-Şərif məscidi ətrafında yaranmış mübahisələrə görə, israillilərlə fələstinlilər arasında gərginliyin artması müşahidə olunurdu.

İsrail Baş naziri Benyamin Netanyahu sinaqoqa hücuma və törədilmiş qətl hadissəsinə "kəskin cavab" veriləcəyini vəd edib.

"Bu, Həmas və Əbu Mazin (Mahmud Abbas) tərəfindən həyata keçirilən təhrikin nəticəsidir", Benyamin Netanyahu bəyanatında bildirib.

Həmas və Mahmud Abbasın Fəttah partiyası bu ilin əvvəlində birlik hökümətini yaratmaq razılığına gəlmişdilər.

Həmas və İslamı cihad fələstin islamçı hərbiləşmiş qrup baş vermiş hücumu alqışlayıblar.

İsrail hər iki qrupu terrorçu təşkilat sayır.

Fələstin lideri Mahmud Abbas hadisəyə hələlik münasibət bildirməyib.

Bu arada ABŞ Dövlət Katibi John Kerry Fələstin rəhbərliyini hücumu pisləməyə çağırıb.

İsrail hərbiyyəsinin sözçüsü internetdə qana bulaşmış qəssab bıcağının görüntülərini yayıb. Güman edildiyinə görə, hücum zamanı həmin bıçaqdan istifadə olunub.

Şəkillərdə eləcə də sinaqoqdakı masa və oturacaqlar arasında qan ləkələri və yerə sərilmiş cəsədlər görünür.

Polis sözçüsü Micky Rosenfeld baş verən hadisənin "terror hücumu" sayıldığını bildirib.

Onun sözlərinə görə, yaralanan 8 nəfər - 6 dindar və 2 polis əməkdaşı - xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağırdır.

Rosenfeldin BBC-ə bildirdiyinə görə, hücum edənlər binanın girəcəyində öldürülüblər.

Qüdsdə son həftələr ərzində gərginliyin artması müşahidə edilib, fələstinlilər tələfatla nəticələnmiş piyadalara iki hücum həyata keçiriblər, İsrail Şərqi Qüdsdə məskunlar üçün yeni evlər tikmək planlarını açıqlayıb.

Ötən ay Qüdsdə mübahisəli müqəddəs məbədi yəhüdilərin ixtiyarına verməyi tələb edən ravvin Yehuda Glick fələstinli tərəfindən güllə ilə yaralanmışdı.

İsraillilərin Dağüstü Məbəd adlandırdığı Hərəm əs-Şərif məscidini yəhudilər müqəddəs məbəd sayırlar.

Qüds
Şəklin alt yazısı, İsraillilərin Dağ Məbəd adlandırdığı Hərəm əs-Şərif məscidilə bağlı mübahisə Qüdsdə fələstinlilərlə yəhüdilər arasında gərginliyə səbəb olub.

Eyni zamanda həmin müqəddəs məbəd kompleksinə daxil olan əl-Aqsa məsçidi əhəmiyyətinə görə Islam aləminin 3-cü məsçidi sayılır.

Fələstinlilər 1967-ci ildən işğal altında qalan Şərqi Qüdsü gələcək fələstin dövlətinin paytaxtı kimi rəsmiləşdirilməsinə çalışırlıar.

Qüdsdə gərginliyin artmasına görə məsuliyyəti qarşıduran tərəflər biri birinin üzərinə qoyur.

Al-Aqsa