Keniya: avtobusa hücum edənlər azı 28 adamı öldürüb

Əl-Şəbab
Şəklin alt yazısı, Əl-Şəbab qrupu 2011-ci ildən Keniyada hücumlar həyata keçirir
Çap edildi

Güman edildiyinə görə Somali döyüşçü qrupu əl-Şəbab üzvləri Keniyanın şimalında avtobusa hücum edərək ən azı 28 nəfəri öldürüb, rəsmilər deyir.

Paytaxt Nayrobiyə gedən avtobus Somali sərhədi yaxınlığında, Manderada dayandırılmışdı.

Silahlılar qeyri-müsəlman kimi qəbul etdikləri adamları ayırıb onları öldürüblər, rəsmilər və şahidlər deyib.

2011-ci ildən Keniyada hücumlar həyata keçirən Əl-Şəbab qrupu deyib ki, hücumu o həyata keçirib.

İslamçı qrupa bağlı vebsaytdakı bəyanatda deyilir ki, hücumlar bu həftə Mombasa şəhərindəki məscidlərdə həyata keçirilən <link type="page"><caption> reydlərə</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/11/141118_kenya_mombasa.shtml" platform="highweb"/></link> cavabdır.

Sərnişinlərdən biri Ahmed Mahat BBC-ə bildirib ki, hücum baş verəndə avtobusda 60-dan çox adam var idi.

Sürücü avtobusun sürətini artırıb hücumçulardan uzaqlaşmağa cəhd etsə də, güclü yağışlar nəticəsində yaradılan palçıqda ilişib, sərnişin deyib.

10-a yaxın silahlı kişi somali dilində danışaraq sərnişinlərə avtobusdan çıxmağa göstəriş verib.

"Biz çıxanda sərnişinlər somalili və qeyri-somalili kateqoriyalarına bölündü", cənab Mahat deyib.

"Qeyri-somalililərə müqəddəs Qurandan ayələr oxutdurdular, onları oxuya bilməyənlərə isə uzanmaq göstərişi verildi. Bir-bir onlara yaxınlaşaraq başlarına güllə vurdular".

Keniyanın Qırmızı Xaç təşkilatı deyib ki, işçilər cəsədləri hadisə yerindən bərpa etməyə çalışır.