Banqladeş siyasətçisi Həcci pul itkisi hesab etdiyi üçün həbs olunub

Şəklin mənbəyi, AFP
Çap edildi
Yüksək rütbəli Banqladeş syasətçisi Həcc ziyarəti əleyhinə tənqidi fikirlər səsləndirdiyi üçün həbsə alınıb.
Abdulla Lətif Siddiqinin çıxışı ölkədə geniş etirazlara səbəb olub.
Ona qarşı rəsmi ittiham irəli sürülməyib, lakin siyasətçinin çıxışı ilə bağlı 20-dək məhkəmə iddiasının daxil olduğu bildirilir.
Nazir vəzifəsindən azad edilmiş siyasətçi xaricdən qayıdarkən polisə təslim olunub.
Siddiqinin etirazlara səbəb olan çıxışı Nyu Yorkda səslənib.
Sabiq nazir “qəti şəklildə” Həccin əleyhinə olduğunu və onu "pul itkisi" hesab etdiyini deyib.
Onun sözlərinə görə, Məhəmməd peyğəmbər Həcc ziyarətini kommersiya məqsədilə yaradıb.




















