Avstraliya: paltar asan qadının ayağının altından "yer qaçıb"

Şəklin mənbəyi, BBC World Service
Bağınızda yuyulmuş paltar asarkən torpağın ayağınızın altından qaçdığını təsəvvür edin.
Bu həftə Melburndakı bir qadının başına məhz belə bir iş gəlib. Bağında yuyulmuş paltar asarkən o ayağının altında əmələ gələn 3 metr dərinlikdə quyuya düşüb.
45 yaşlı qadının qışqırdığını eşidən qonşu xilasedicilərə telefon edib.
Onun zəngindən sonra hadisə yerinə gələn yanğınsöndürənlər qadını qismən su ilə dolu quyudan çıxara biliblər.
Qadın kömək gözləyərkən 20 dəqiqə ərzində suda çabalamalı olduğunu deyib.
Xilasedicilərə əsasən, ağzı dar olan quyu içəriyə doğru genişlənib və orada özünü çəkib üzə çıxarmaq üçün heç bir dayaq olmayıb.
Yerli mühəndislər torpağın çökməsini həmin yerdə əvvəllər quyunun olması ilə izah edirlər.
Torpaq çökmələri nəticəsində əmələ gələn boşluqlar bir çox hallarda minilliklər ərzində formalaşır və ölçülərlə formaları baxımından fərqlidir.

Şəklin mənbəyi, EPA COUNTRY FIRE AUTHORITY VICTORIA
Onların arasında ən dərini (662 metr) Çindəki Xiaozhai Tienkeng quyusudur. Yer səthində geniş böşluğ yaradan Misirdəki Qattara quyusu isə ən böyük diametrə (80 - 121 km) malikdir.
Hərçənd ki, bəzən boşluqların eni cəmi bir neçə metr təşkil edir.
Bir çox hallarda boşluqlar yerin altındakı daş laylarının turş sularla yuyulub yeyilməsi nəticəsində əmələ gəlir.
























