Şəkillərdə: Google Maps Braziliyanın "sualtı cənnətini" xəritələşdirir

Çap edildi

"Street View" layihəsini davam etdirən Google bu dəfə Braziliyanın zəngin sualtı biomüxtəlfliyini şəkilli xəritəsinə köçürmək qərarına gəlib.

Dəniz tısbağası (Courtesy of Catlin Seaview Survey)
Şəklin alt yazısı, "Street View" layihəsilə dəniz və okeanları də əhatə etməyə çalışan Google diqqətini dünyada ən zəngin biomüxtəlifliyə malik olan Braziliyaya yönəldib.
Google operatoru (Courtesy of Catlin Seaview Survey)
Şəklin alt yazısı, Google Street View layihəsinin Cənubi Amerika üzrə mühəndisi Tomás Czamanski Noranın qeyd etdiyinə görə, Google qarşısına "dünyanın hər bir bucağının" şəkilli xəritəsini yaratmaq məqsədini qoyub. Layihə çərçivəsində artıq Florida və Avstraliyanın sualtı rifləri xəritəyə köçürülüb.
Suyun altında vulkanik rifdə əmələ gəlmiş çuxur (Courtesy of Catlin Seaview Survey)
Şəklin alt yazısı, Google operatorları iki GPS antennası və 360 dərəcəli müşahidəni təmin edən 15 video kamerası olan avadanlıqdan istifadə edirlər.
Pedras Secas qövsü, Fernando de Noronha (Courtesy of Catlin Seaview Survey)
Şəklin alt yazısı, GPS sistemi şəkillərin çəkildiyi hər bir coğrafi nöqtəni dəqiqliklə müəyyən etmək imkanı verir. "Çəkiliş başa çatandan sonra, sizin okeanın bu hissəsinin barədə tam təssəvvürünüz olacaq", Czamanski Nora izah edir.
(Courtesy of Catlin Seaview Survey)
Şəklin alt yazısı, Noranın sözlərinə görə, suyun altında işləyən operatorları okeanın dərinliklərindəki canlı həyat valeh edib: "Onlar işlərini delfinlər, balıqlar və köpəkbalıqları arasında üzərək görməli olublar".
(Courtesy of Catlin Seaview Survey)
Şəklin alt yazısı, Fernando de Noronha-da Google suyun altında 6 km boyu xəritəsi üçün şəkillər çəkib. "Bu, Braziliyada bizim xəritəyə köçürdüyümüz ilk milli parkdır, biz digər təbiət qoruqlarını da xəritələşdirmək arzusundayıq, ümumiyyətlə bütün dünyanı xəritəmizdə şəkillərdə əks etdirmək istərdik", Nora deyir.
(Courtesy of Catlin Seaview Survey)
Şəklin alt yazısı, Braziliyada Google çəkişləri oktyabr ayında 12 gün ərzində davam edib. İstifadəçilər bu işin nəticəsini Google map-da 2015-ci ilin əvvəlində izləyə biləcəklər.
(Courtesy of Catlin Seaview Survey)
Şəklin alt yazısı, Google eləcəd ə Fernando de Noronha yaxınlığında yerləşən Rocas Atollunda da 50 km məsafə boyu küçə və mənzərələri lentə alıb.