Ferguson: yeni məhkəməyə çağırışlar "rədd edilib"

Ferguson: polis qüvvələri keşik çəkir.
Şəklin alt yazısı, Ferguson: polis qüvvələri keşik çəkir.
Çap edildi

Missuri ştatının qubernatoru Jay Nixon Ferguson şəhərində qaradərili gəncin qətlə yetirilməsi ilə bağlı yeni andlılar məhkəməsi keçirmək çağırışlarını rədd edib, yerli mətbuat bildirir.

Bundan əvvəl məhkəmə Michael Brown-u öldürən polisi məsuliyyətə cəlb etməmək qərarına gələrək onun işinə xitam verib.

Məhkəmə hökmünün elanından sonra Ferqusonda başlanan etirazlar ölkə boyunca bir neçə şəhərə yayılmışdır. Hərçənd bir gün keçmiş onların səngidiyini görmək olar.

Polis əməkdaşı Darren Wilson 18 yaşlı Michael Brown-u avqustun 9-da güllələyəndən sonra Missouri ştatındakı şəhərdə iğtişaşlar həftələrlə davam edib.

Darren Wilson insidenti şərh edərkən Wilson tərəfindən hücuma məruz qaldığını deyib. “Vicdanı təmiz” olduğunu deyən polisin sözlərinə görə o özünü müdafiə etmək üçün silaha əl atmalı olmuşdur.

Michael Brown-un ailəsi məhkəmə qərarını “qeyri-ədalətli adlandırıb və polisin prosesdə verdiyi ifadələrə inanmadığını deyib.

ABŞ Ədliyyə Nazirliyi Michael Brown-un vətəndaş hüquqlarının pozulması ilə bağlı iddiaların yenidən araşdırılacağını elan edib.