Bəhreyn: kralın şəklini cıran fəal məhkum edilib

Şəklin mənbəyi, AP
Bəhreyndə kral Həmədin şəkilini cırmağına görə demokratik fəal Zeynəb əl-Xavacaya 3 illik həbs cəzası kəsilib.
O, apellyasiya şikayəti verilənə kimi cərimə ödəyərək azadlıqda qala bilər.
Ölkənin tanınmış dissident ailəsinin üzvü olan xanım Xavaca gələn həftə başqa işlərlə bağlı məhəkəmə qarşısına çıxarılmaldır.
Amnesty International Zeynəb əl-Xavacanın həbs olunacağı təqdirdə onun “vicdan məhbusu” tanınacağını bildirib.
"Dövlət başçısının şəklinin cırılması kriminal cinayət sayılmamaldır”, - insan hüquqları üzrə kampaniya təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Said Boumedouha deyib.
Amnesty International Zeynəb əl-Xavacanın sonuncu hökmü də daxil olmaqla fəala qarşı çıxarılan hökmlərlə ittihamların ləğvinə səsləyib.
Bəhreyn və Danimarka vətəndaşı olan Zeynəb əl-Xavaca 2011-ci ildə demokratikləşmə çağırışları ilə başlayan etirazlardan sonra bir neçə dəfə saxlanılıb.
Polisi təhqir etmək və qeyri-qanuni nümayişdə iştirak ittihamı ilə təxminən bir il həbsdə qalan fəal fevral ayında azad olunub.
Xəbərlərə əsasən, Bəhreyn ədliyyə sisteminə hökumətin nəzarət etdiyini hesab edən Zeynəb əl-Xavaca apellyasiya verməkdən imtina edib. O həmçinin zəmanətə çıxmaq haqqını ödəmək istəməyib.
Ötən həftə məhkəmə, polisi təhqir etməkdə təqsirləndirilən Zeynəb əl-Xavacanın kiçik bacısı Məryəmə qiyabi şəkildə bir illik həbs cəzası kəsib.
Zeynəb əl-Xavacanın atası Abdulhədi əl-Xavaca 2011-ci ildəki hökumət əleyhinə etirazlarda iştirakına görə ömürlük həbsə məhkum olunaraq cəzasını çəkir.
























