Kosovo Rio 2016 Olimpiya Oyunlarında iştirak edəcək

kosova
Şəklin alt yazısı, Majlinda Kelmandi Londonda çıxış etmiş yeganə kosovalı idmançı olub
Çap edildi

Kosovo komandası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tam üzvü olduqdan sonra 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında mübarizə aparacaq.

Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan etsə də, Serbiya hələ də Kosovonu dövlət kimi tanımır.

Serbiya Olimpiya komitəsi Kosovonun oktyabr ayında Beynəlxalq Olimpiya Komitəsində müvəqqəti tanınmasına da etiraz etmişdi.

Çərşənbə axşamı Monte Karloda keçirilmiş BOK iclasında Kosova, 205-ci milli Olimpiya komitəsi kimi təsdiqlənib.

Kosovo BMT üzvü olan 193 dövlətdən 108-i tərəfindən ölkə kimi tanınır və altı Olimpiya idmanı federasiyasının tam üzvüdür.

BOK Kosovo məsələsini beş il bundan əvvəl nəzərdən keçirməyə başlayıb, lakin komandanın 2012-ci il Londonda keçirilmiş Olimpiya Oyunlarında iştirak üçün sorğusu rədd edilmişdi.

Majlinda Kelmandi Londonda çıxış etmiş yeganə kosovalı idmançı olub. O, cüdo yarışlarında Albaniyanı təmsil edib.

"Kosovonu və bütün idmançıları təbrik edirəm", baş nazir Hashim Thaci deyib. "Bayrağımız Rioda keçiriləcək Olimpiya Oyunlarında dalğalanacaq və onu Majlinda daşıyacaq".