Texniki problemlər London uçuşlarında məhdudiyyətlər yaradıb

Şəklin mənbəyi, PA
Çap edildi
Birləşmiş Krallıq hava nəqliyyat nəzarəti mərkəzində kompüter qüsurundan sonra uçuşlar böyük gecikmələrə məruz qalıb.
Nats nəqliyyat nəzarəti şirkəti bildirib ki, Swanwick-dəki nəzarət mərkəzindəki "texniki problemdən" sonra normal fəaliyyət bərpa olunmaqdadır.
Problemin ölkənin bütün aeroportlarına təsir göstərdiyi bildirilir.
Nats bəyanatında deyilir ki, məsələni həll etmək üçün "bütün mümkün tədbirlər" görülür.
Aeroportlardan məlumat:
- Heathrow Aeroportunda uçuşlar "hazırda gecikmələr yaşayır" və təyyarələr qəbul olunmaya bilər
- Gatwick Aeroportuna gələn təyyarələr qəbul edilir lakin aeroportdan uçuşlar dayandırılıb
- Stansted: təyyarələr enir, aeroportdan uçuşlar həyata keçirilmir
- Aberdeen: Fəaliyyətinə "təsir olub"
Hadisə sizə təsir edibmi? Bizə yazın: <link type="page"><caption> azeri@bbc.co.uk</caption><url href="mailto:azeri@bbc.co.uk" platform="highweb"/></link>




















