Liviya höküməti məmurlar barədə qanunu rədd edib

Şəklin mənbəyi,
Çap edildi
Liviyanın beynəlxalq səviyyədə tanınmış höküməti Müəmmar Qəddafinin dövlət aparatında işləmiş məmurlara siyasi vəzifələr tutmağı qadağan edən qanunu rədd edib.
Bu qanun iki il əvvəl, silahlıların ölkə parlamentinin binasını tutaraq deputatlardan onun təsdiqini tələb etməsindən sonra qüvvəyə minmişdi.
Hüquq müdafiəçiləri bu sənədi qeyri-dəqiq ifadə tərzinə görə tənqid ediblər.
Liviyanın Tobruk şəhərində yerləşən parlamentinin qanunvericilikdə necə dəyişiklik edəcəyi məsələsi hələlik aydın deyil.
Parlamentin legitimliyi keçən il Tripolini tutaraq öz hökumətlərini təsis etmiş üsyançılar tərəfindən tanınmır.




















