Tayvanda TransAsia təyyarəsi qəzaya uğrayıb

Şəklin mənbəyi, AirteamImages
TransAsia Hava Yollarının təyyarəsi havaya qalxandan az sonra Tayvanın paytaxrı Taypey yaxınlığında körpüyə çırpılaraq çaya düşüb.
Daxili reyslə uçan təyyarədə 50-dən çox insan olub. Xəsarət alanların olduğu deyilir.
Bəzi məlumatlara görə, təyyarənin içində ilişib qalmış bir neçə şəxsi xilas etməyə ehtiyac olub.
Tayvanın Mərkəzi Xəbər Agentrliyi (CNA) Keelung çayında batmış təyyarənin şəklini yayıb.
Taypeyin Sonqşan hava limanından qalxmış ATR-72 təyyarəsi Çinin cənub-şərq sahilindən bir qədər aralıda yerləşən Kinmen adasına gedirmiş, deyə agentlik bildirib.
CNA təyyarənin dayaqlar üzərində dayanan körpüyə dəyərək qəzaya uğradığını deyən hökumət rəsmisinə istinad edib.
Keçən ilin iyulunda da TransAsia Hava Yollarının təyyarəsi tufanlı havada Tayvanın Pengu arxipelaqında qəzaya uğramış, 48 adam həlak olmuşdu.




















