Şəkillər: Bəzəksiz yaraşıq

Çap edildi

Mərhum Alexander McQueen-in moda aləmində bütləşdirilmiş geyim modellərinin sərgisi Londonun Victoria and Albert (V&A) muzeyində keçiriləcək.

Model: Erin O’Connor, Image: REX
Şəklin alt yazısı, Londonun V&A muzeyində britaniyalı dizayner Alexander McQueen-in qeyri-adiliyilə diqqəti çəkən 100-dək geyim modeli sərgilənəcək. Rənglənmiş dəvəquşu lələklərindən hazırlanmış bu don həmin modellərdən biridir.
Alexander McQueen Model: Magdalena Frackowiak. New York, Image: firstVIEW
Şəklin alt yazısı, Bu kolleksiya 2011-ci ildə Nyu-Yorkda Metropolitan muzeyində də nümayiş etdirilmişdi. Sərgi tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdi. Ördək tükündən hazırlanmış geyim modeli. (Duck feather dress The Horn of Plenty, A/W 2009-10)
Model: Polina Kasina, © Lauren Greenfield/INSTITUTE
Şəklin alt yazısı, Sərgiyə çıxarılan modellər dizaynerin Londondakı zəngin arxivindən seçilib. McQueen 19 il ərzində Londonda çalışıb. Meduza libası və Armadil platforma ayaqqabıları.
© Marc Hom / Trunk Archive, 1997
Şəklin alt yazısı, Lee Alexander McQueen 2010-cu ilin fevralında Londondakı mənzilində keçinmiş halda tapılmışdı. Onun 40 yaşı var idi. O, 4 dəfə Britaniyanın ilin dizayneri adına layiq görülmüşdü. Alexander McQueen-in bu fotosu 1997-ci ildə çəkilib.
Model: Raquel Zimmermann, Viva London, Image: firstVIEW
Şəklin alt yazısı, McQueen moda nümayişlərindən teatrlaşdırılmış səhnəciklər quran sənətkar kimi pərəstişkarlarının simpatiyasını qazanmışdı. Tül, tor, bağ və maral buynuzundan quraşdırılmış geyim kompozisiyası.
Rəng çilənən libas, 1999. Model: Shalom Harlow
Şəklin alt yazısı, McQueen yeni dizayn nümunələrini yaradarkən müasir texnologiyalardan da istifadə edib. Bu fotoda əks olunmuş yeni modelin nümayişi zamanı libasa rəng çiləyən iki robot qurğusundan istifadə edilmişdi.
Bird’s Nest headdress with Swarovski gemstones Widows of Culloden, A/W 2006–07 Philip Treacy and Shaun LModel: Snejana Onopka, Image: Courtesy Swarovski Archive
Şəklin alt yazısı, Sarah Burton, Alexander McQueen irsinin direktoru deyir ki, indiki sərgi müasir dövrün ən istedadlı dizaynerinə həsr olunmuş ən layiqli xatirə tədbiridir. Swarovski daşları ilə bəzədilmiş "Quş Yuvası" adlı baş geyimi.
Model: Alana Zimmer, © Anthea Simms
Şəklin alt yazısı, Alexander McQueen-ə həsr olunmuş sərgi martın 14-dən avqustun 2-dək Londonda V&A Muzeyində nümayiş etdiriləcək. Boyanmış hind quşu tüklərindən hazırlanmış "Pəvanə" baş geyimi.