Poroşenko: Ukrayna hərbi vəziyyətin tətbiqinə hazırdır

Ukrayna
Şəklin alt yazısı, Poroşenko Ukraynanın hərbi vəziyyətin tətbiqinə hazır olduğunu deyir.
Çap edildi

Donbassda münaqişə şiddətlənəcəyi halda Ukrayna hərbi vəziyyətin elan edilməsinə hazır olmalıdır, hökümət iclasında ölkə prezidenti Petro Poroşenko bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, ölkə həm sülhə, həm də özünü müdafiə etməyə hazır olmalıdır.

O, eləcə də, problemin diplomatik yolla həllinin mümkünlüyünün Minsk danışıqlarından sonra məlum olacağını qeyd edib.

Çərşənbə günü Belarus paytaxtında "normand dördlüyü" formatında Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin görüşü keçməlidir.