BVF Ukraynaya 17 milyard dollarlıq yardım "paketi ayıra bilər"

Şəklin mənbəyi, EPA
Çap edildi
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Christine Lagarde deyib ki, Ukraynaya 17 milyard dollarlıq yardım paketi ayrıla bilər.
Bu məsələ təşkilatın direktorlar şurası tərəfindən təsdiq olunmalıdır.
BVF nümayəndələri Kiyevdə keçirilən danışıqlarda Ukrayna üçün 4 illik kreditləşdirmə proqramı barədə razılığa gəliblər.
Lagarde həmçinin deyib ki, məsələnin yekun həllində çox şey Minskdə keçən danışıqıların nəticələrindən asılı olacaq.




















