BMT: bir ay ərzində İraqda 1100 insan həlak olub

Iraq
Şəklin alt yazısı, BMT: yanvar ayında İraqda 1100 insan zorakılıq qurbanı olub.
Çap edildi

İraqda ötən ay ərzində 1100 insan zorakılığın qurbanı olub, BMT-nin bu ölkədəki missiyası xəbər verib.

Ölənlərdən 600 nəfər dinc sakin, qalanları polis əməkdaşları və hərbçilər olublar

BMT statisatikasına əsasən həmin dövr ərzində 2000-dək insan yaralanıb.

BMT ekspertlərinin dəqiqləşdirdiyinə görə, məruzəyə yalnız İrak mərkəzi hökümətinin nəzarətində olan ərazilər üzrə statistika daxil edilib.

Ölkənin böyük bir hissəsinə hazırda İslam Dövləti silahlıları nəzarət etməkdədir.

Həmin ərazilərdən zorakılıq qurbanlarının sayına dair ertibarlı məlumat mövcud deyil.