"McDonald's" antibiotikli toyuq ətindən imtina edir

Şəklin mənbəyi, AP
Çap edildi
"McDonald's" restoranlar şəbəkəsi bildirib ki, quşlara antibotiklər yedizdirən təchizatçılardan toyuq ətinin alınmasına dair yeni kontraktlar bağlanmayacaq.
Söhbət insanın müalicəsi üçün yaradılmış antibiotik preparatlardan gedir.
Şirkət rəhbərliyi bildirib ki, 2 ildən sonra dünya boyu fəaliyyət göstərən 14,000 "McDonald's" restoranlarından heç birində antibiotikli toyuq əti qalmayacaq.




















