ABŞ-da Rusiya bankları və şirkətlərinin hesabları dondurulub

Şəklin mənbəyi, RIA Novosti
ABŞ hakimiyyəti “Rossiya” və SMP banklarının 640 milyon dollar məbləğində vəsaitini dondurub, Wall Street Journal xəbər verir.
SMP Bank təmsilçisi BBC Rusca xidmətinə xəbəri təsdiqləyərək bildirib ki, ABŞ-dakı aktivlər keçən ilin aprelində dondurulub. Lakin məbləğ WSJ bildirdiyi kimi, 65 milyon dollar deyil, daha azdır.
Onun sözlərinə görə, dondurulmuş vəsaitlərin həcmi 2013-cü ilin aktivlərinin 2 faizindən azını təşkil edir.
“Rossiya” bankının isə 572 milyon dollardan çox, ümumi aktivlərinin təxminən 10 faizi dondurulub, WSJ bildirib.
Bu iki banka əlavə olaraq, Citibank-da Akademik Şipunov adına Alət İstehsalı Bürosuna məxsus təxminən 10 milyon dollar vəsait dondurulub, ABŞ maliyyə nazirliyinin sənədlərində deyilir.
Şəxsi məlumatların mühafizəsi haqqında qanunvericiliyinə uyğun olaraq, Amerika maliyyə nazirliyi sadəcə sanksiya ilə üzləşmiş şirkətlərin siyahısını açıqlayır, lakin bu siyahıdan qeyd olunan şəxslərin adlarını hallandırmır.






















