Morsi tərəfdarına qarşı ilk dəfə ölüm cəzası icra olunub

Ramadam Müsəlman Qardaşları təşkilatının üzvü olmayıb
Şəklin alt yazısı, Ramadam Müsəlman Qardaşları təşkilatının üzvü olmayıb
Çap edildi

2013-cü ildə baş verən qarışıqlıqlar vaxtı qətldə ittiham olunaraq ölüm cəzasına məhkum edilmiş Mahmud Həsən Ramadam şənbə günü asılıb.

Ramadam Müsəlman Qardaşları təşkilatının üzvü olmayıb. Lakin prezident Morsinin devrilməsindən sonra islamçıların aksiyalarından birində təşkilatın bayrağını gəzdirərkən nəzərə çarpıb.

Ona qarşı ittiham iğtişaşlar zamanı iki yeniyetmənin qətlə yetirilməsilə bağlı olub.

Prezident Məhəmməd Morsi 2013-cü ilin iyul ayında hərbçilərin müdaxiləsindən sonra hakimiyyətdən devrilərək həbsə alınıb.

Onun başçılıq etdiyi Müsəlman Qardaşlarının fəaliyyəti terrorçu təşkilat kimi qadağan edilib.

Misir məhkəmələri təşkilatın tərəfdarı olduğu iddia edilən yüzlərlə fəala ölüm cəzası kəsib.

Bu hökmlər insan hüquqları müdafiəçiləri və xarici hökumətlər tərəfindən tənqidlə qarşılanıb.