Suriya müharibəsi: Xlorin hücumunun videosu BMT-ni ağlatdı

Şəklin mənbəyi, Reuters
Ötən ay Suriyada baş verdiyi iddia edilən hücum vaxtı xlorin qazının tətbiqi barədə videogörüntünün BMT-də nümayişi göz yaşları ilə izlənilib.
Videoda həkimlər 4 yaşlarında olan 3 uşağı həyata qaytarmağa çalışırlar.
BMT-də ABŞ səfiri İdlibdəki hücum barədə Təhlükəsizlik Şurasında göstərilən süjeti emosional adlandırıb. Samantha Power hücumu törədənlərin cəzalandırılmasını tələb edib.
Suriya hökuməti hücuma görə məsuliyyət daşıdığı barədə ittihamları rədd edir.
Suriyalı fəallar 16 martda Sarmin kəndi yaxınlığında baş vermiş hücum vaxtı helikopter səslərinin eşidildiyini xəbər veriblər.
ABŞ və Şuranın başqa üzvləri dəfələrlə Bəşər əl-Əsədi kimyəvi silah hücumlarında ittiham ediblər.
Onlar deyirlər ki, Suriya hökuməti ixtiyarında helikopterlər olan yeganə münaqişə tərəfidir.
Lakin Suriyanın müttəfiqi və veto hüququndan tez-tez istifadə edən Rusiya daim israr edib ki, təqsiri Dəməşqin boynuna qoymaq üçün kifayət qədər dəlil-sübut yoxdur.
Sarmin hücumundan bir gün əvvəl BMT Təhlükəsizlik Şurası Suriyada xlorin kimi toksik maddələrdən istifadəni pisləyən qətnamə qəbul etmişdi."Xlorin
























