CNN televiziya kanalı Rusiyada yayımını bərpa edib

CNN televiziyasının verilişləri Rusiyada bərpa olunur
Şəklin alt yazısı, CNN televiziyasının verilişləri Rusiyada bərpa olunur
Çap edildi

ABŞ-ın CNN televiziya şirkəti Rusiya ərazisində yayımını bərpa edib, BBC Rus Xidmətinə telekanalın nümayəndəsi bildirib.

Əvvəllər qəbul olunmuş qaydaya riayət edərək bu dəfə də CNN Rusiya televiziya efirində reklam nümayiş etdirməyəcək.

Bu ilin mart ayında CNN kanalı Roskomnadzor-dan 10 il müddətində televiziya verilişlərinin yayımını nəzərdə tutan yeni lisenziya almışdı.

Əvvəllər CNN kanalının Rusiya ərazisində yayımı peyk operatoru "NTV Plus" lisenziyası əsasında həyata keçirilirdi, lakin 2014-ci ilin noyabrında CNN rusiyalı partnyorları "Rusiya qanunvericiliyində son dəyişikliklərə görə" ölkə ərazisində yayımını dayandırdığı barədə xəbərdar etmışdi.

Amerikalı milyarder Ted Turner tərəfindən 1980-ci ildə yaradılmış CNN televiziyasının Rusiya nümayəndəliyi Moskvada 1983-cü ildən fəaliyyət göstərməkdədir.