Netanyahu: İsrail irqçiliyi aradan qaldırmalıdır

Çap edildi
Oxuma vaxtı: 2 dəq

İsrailin baş naziri Efiopiya əsilli israillilərin ayrıseçkilik əleyhinə keçirdiyi etiraz aksiyasının ardından bildirib ki, ölkədəki irqçilik aradan qaldırılmalıdır.

Benjamin Netanyahu İsraildəki Efiopiya icmasının liderləri və polis tərəfindən döyülmüş Efiopiya mənşəli İsrail əsgəri ilə görüşdən sonra danışıb.

“Biz bir yerdə irqçilik fenomeninə qarşı dayanaraq onu pisləməli və aradan qaldırmalıyıq” cənab Netanyahu deyib.

Efiopiyalı israillilərin iddia edilən polis qəddarlığına qarşı Tel-Əvivdə keçirdiyi etiraz aksiyasında onlarla polis və etirazçı yaralanıb.

Cənab Netanyahu iki polis tərəfindən döyülmüş əsgər Damas Pakedeh-lə görüşüb
Şəklin alt yazısı, Cənab Netanyahu iki polis tərəfindən döyülmüş əsgər Damas Pakedeh-lə görüşüb

Efiopiya mənşəli minlərlə israilli yəhudi yürüşdə iştirak edib və bəzi nümayişçilər şəhərin bələdiyyə binasına hücum etməyə çalışıblar.

Polis, etirazçıların şüşə və kərpic atmasına cavab olaraq gözyaşardıcı qazdan və səs bombalarından istifadə edib.

Keçən həftə polis işçisinin efiopiyalı İsrail əsgərini döydüyü nümayiş etdirilən videonun ardın gərginlik artıb.

İki polis işçisi cəzalandırılıb və hadisə araşdırılır.

Cənab Netanyahu əsgərin döyülməsini pisləyib, lakin qanunu əllərinə almış insanlara da xəbərdarlıq edib.

Bazar günü etirazlar dinc şəkildə başlayıb və nümayişçilər yolu bağlayıblar. Bir çoxu qandalları ifadə etmək üçün əlləri havada birgə yürüş edib. Lakin axşama doğru nümayiş daha zorakı şəkil alıb.

Bəzi etirazçılar daş, şüşə və stullar tullayıblar və bələdiyyə binasına girməyə çalışıblar.

Efiopiya mənşəli israillilər uzun müddətdir ayrıseçkilik və polis qəddarlığından şikayət edir
Şəklin alt yazısı, Efiopiya mənşəli israillilər uzun müddətdir ayrıseçkilik və polis qəddarlığından şikayət edir

Ən azı 46 polis və yeddi etirazçı xəsarət alıb, rəsmilər deyir. Onlarla etirazçı həbs edilib, polis bildirib.

Bir nümayişçi İsrailin Kanal 10 televiziyasına bildirib: “Bizim valideynlərimiz illərlədir alçaldılıb.

“Biz bərabər vətəndaşlar kimi tanınmaq üçün daha çox gözləmək fikrində deyilik. Bu ber neçə ay çəkə bilər, lakin bu baş verəcək”.

Tel Avivin polis rəisi Yohanan Danino Kanal 10-a bildirib: “Etirazçıların kiçik azlığının istifadə etdiyi zorakılıq onların mübarizəsinə xidmət etmir.

“Polis və ya vətəndaşlara ziyan vuran hər kəs qanun qarşısında cavab verməli olacaq”.

Efiopiyalı İsaril yəhudilərinin gəliri ümumi əhaliyə nisbətən daha azdır və onların məhdud təhsil imkanları əldə etmək və həbsxanada yatmaq şansları daha çoxdur, qeyri hökumət təşkilatı olan The Ethiopian National Project bildirib.

On minlərlə efiopiyalı yəhudi 1980 və 1990-cı illərdə aclıq və vətəndaş müharibəsindən xilas olmaq üçün gizli əməliyyatla İsrailə köçürülüb. İndi İsraildə təxminən 135000 efiopiyalı yəhudi yaşayır.