Çinin Xiaomi şirkəti Apple və Samsung-a meydan oxumağa hazırlaşır

Şəklin mənbəyi, Reuters
Çinin aparıcı smartfon istehsalçısı Xiaomi Qərb bazarlarında az tanınandır.
Lakin vəziyyət tez bir zamanda dəyişə bilər.
Beş ili hələ çıxmamış Çin startapı artıq dünyanın üçüncü smartfon istehsalçısına çevrilib.
Pekində mənzillənən Xiaomi şirkəti dünya boyu smartfon satışı həcminə görə yalnız Samsung and Apple şirkətlərindən geri qalır.
Xiaomi-nin uğurunun əsas səbəbi Çin bazarında liderlik əldə etməsilə bağlıdır.
Lakin bu şirkətin planları təkcə Cin hüdudları ilə məhdudlaşmır.
Ötən ay Xiaomi Mi 4i smartfonunu Hindistanda satışa çıxarıb, sonra isə həmin modeli Honq Konq və Sinqapur bazarlarına da çıxarıb.
Xiaomi Global şirkətinin vise-prezidenti Hugo Barra Çin şirkətinə qədər Google-da işləyib.
Onun sözlərinə görə, Xiaomi bundan sonra gələcəkdə İndoneziya bazarına da çıxmağı planlaşdırır.

İndiyədək Xiaomi yalnız Asiya bazarında işləyib. Lakin vəziyyət tezliklə dəyişə bilər.
BBC-ə müsahibəsində Braziliya üzrə vitse-prezident Latın Amerikasını şirkətin planlarında yaxın gələcək üçün növbəti hədəf kimi təsvir edib.
Hugo Barra qeyd edir ki, alıcıların ilk smartfonlarını əldə etdiyi Latın Amerikası bazarında şirkətin inkişafı üçün görünməmiş imkanlar mövcuddur.
Xiaomi-nin qlobal planları uzun müddətli gələcəyə hesablanıb və bəziləri bu şirkətə artıq ''Çinin Apple-ı'' adını da veriblər.

Şəklin mənbəyi, Reuters
Lakin ABŞ şirkətinə çatmaq üçün Xiaomi hələ xeyli yol keçməlidir.
Müqayisə üçün, ötən il Xiaomi 60 milyona yaxın smartfon satıbsa, təkcə 3 ay ərzində Apple 74,5 milyon iPhone dəsti sata bilib.
























