Pikassonun əsəri rekord qiymətə satılıb

Şəklin mənbəyi, Reuters
Nyu York şəhərində keçirilmiş Christie's hərracında Pablo Pikassonun "Əlcəzair qadınları" adlı tablosu rekord məbləğ olan 179 milyon 365 min dollara satılıb.
Bu lövhə indiyədək hərraclarda satılmış ən bahalı rəsm əsəridir.
Heykəl satışı üzrə də rekord vurulub: İsveçrəli usta Alberto Cakometinin müəllifi olduğu "Səmt göstərən adam" heykəli rekord 141,3 milyon dollara satılıb.

Şəklin mənbəyi, Reuters
Hər iki halda alıcılar adlarının açıqlanmasını istəməyiblər.
Hərracı keçirən Christie's şirkətinə satışdan 12% rüsum keçiriləcək.

Şəklin mənbəyi, na
Pikassonun "kubizm" üslubunda işlədiyi əsər 1955-ci ildə yaradılıb və 15 rəsmdən ibarət seriyaya daxildir.
Tabloda Pikasso çılpaqlanmış fahişələri təsvir edib.
Bundan əvvəl hərraclarda ən baha satılan rəsm əsəri Francis Bacon "Lucian Freud-un portretinə üç eskiz" adlı triptixi olmuşdu.
2013-cü ilin noyabr ayında Christie’s hərracında həmin əsər 142 milyon dollara satılmışdı.
























