Deutsche Bank Britaniyanın Aİ-dən çıxa bilməsindən narahatdır

Çap edildi

Britaniyanın Avropa İttifaqında (Aİ) qalıb-qalmaması məsələsilə bağlı britaniyalı seçicilər Aİ-dən çıxmağa səs verəcəkləri halda Almaniyanın Deutsche Bankı Britaniyanı tərk etmək məsələsinə baxa bilər.

Bu məqsədlə Deutsche Bankda işçi qrupu yaradıb.

Britaniya Aİ-dən çıxacağı halda Deutsche Bank maliyyə əməliyyatlarının mühüm qismini Britaniyadan Almaniyaya köçürmək niyyətindədir.

Britaniya Baş naziri David Kameron ölkənin Aİ-də üzvlüyünə dair referendumun 2017-ci ilin sonunadək keçiriləcəyinə söz verib.

Deutsche Bankın Britaniyada çalışan 9000 əməkdaşı var.

Britaniyada bir çox iri şirkətlər bu məsələdə qeyri-müəyyənliyiə son qoymaq məqsədilə höküməti referendumu mümkün qədər tez keçirməyə çağırır.

Bazar ertəsi günü Britaniya ticarət palataları birliyinin direktoru John Longvort BBC-ə müsahibəsində referendumun "qısa bir zamanda keçirilməsinin" vacibliyini qeyd edib.

Onun sözlərinə görə, ticarət palataları üzvlərinin 55 faizi Avropada islahatların keçirilməsini arzulayır.

JCB Maşınqayırma şirkətinin rəhbəri lord Bamford isə deyib ki, Britaniya Aİ-dən çıxmaqdan qorxmamalıdır.

"Bizim dünyada beşinci və ya altıncı iqtisadi qüdrətimiz var. Özümüz təkbaşına də yaşaya bilərik", lord Bamford deyib.