Səudiyyə Ərəbistanı: Şiə məscidində bomba partladıldı

Şəklin mənbəyi, middle east eye
Səudiyyə Ərəbistanının Şərq əyalətində şiə məscidinə intiharçı bomba basqını törədilib.
Şahidlər Reuters agentliyinə bildiriblər ki, əl-Qədi kəndindəki İmam Əli məscidində güclü parlayış baş verib.
Partlayış nəticəsində tələfatın azı 30 nəfər ola biləcəyi təxmin edilir.
Partlayış üçün məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Livandakı Hizbullah media şəbəkəsinin əl-Mənar telekanalı partlayışa məruz qalmış məscidin görüntülərini yayıb.
Buradaca üstləri mələfə ilə örtülmüş cəsədlər görünür.
Səydiyyənin böyük şiə icması əsasən ölkənin şərqində yaşayır.
Burada şilələr öz hüquqları uğrunda tez-tez aksiyalar keçirirlər.
Bu partlayış Səudiyyə koalisiyasının Yəməndəki şiə husilər üzərinə hava bomba reydləri ilə eyni vaxta təsadüf edib.
























