Amnesty: Ukraynada münaqişənin hər iki tərəfi əsirlərə işgəncə verir

prorussian_foghter_donbas_ato
Şəklin alt yazısı, DXR və LXR silahlı tərəfdarlarını əsirlərə işgəncə verməkdə tez-tez günahlandırırlar
Çap edildi

Ukraynada münaqişə tərəflərinin hər ikisi də Amnesty International hüquq müdafiə təşkilatının sərt tənqidinə məruz qalıb. Təşkilat münaqişə tərəflərini hərbi cinayətlərdə, o cümlədən əsirlərə işgəncə verməkdə və onları öldürməkdə ittiham edib.

Təşkilatın bu ilin yazında tərtıb etdiyi 36 vərəqəlik hesabatında toplanmış məlumatına görə, əsirləri sümükləri əsilincə döyürlər, elektroşoker vasitəsilə əzab verir, bıçaqla xəsarət yetirir, asılı vəziyyətdə saxlayır, yuxusuz qoyur, habelə müntəzəm olaraq hədələyir və tibbi yardım göstərmirlər.

Məruzə DXR və LXR silahlı tərəfdarlarının əsirliyində olan 17 hərbçinin və Ukrayna ordusu, hüquq mühafizə orqanları və təhlükəsizlik xidmətinin əsirliyində olan 16 hərbçinin ifadələrinə əsaslanır.

ato_ukrainian_army
Şəklin alt yazısı, Amnesty-nin məlumatına görə, Ukrayna hərbçilərinin əsirlərlə rəftarı DXR və LXR silahlı tərəfdarlarının rəftarından yaxşı deyil

Məruzədə xüsusilə “Sağ sektor” nümayəndələrinin əsirliyində köhnə uşaq düşərgəsində saxlanılan hərbçinin hekayəti qeyd olunur. Əsirin sözlərinə görə, orada onunla saxlanılan onlarla mülki vətəndaşa “amansızcasına əzab verilirdi” və “onlardan və onların ailə üzvlərindən böyük məbləğdə pul qoparırdılar”

Amnesty İnternational münaqişənin hər iki tərəfinin “heç bir cinayət törətməmiş, lakin başqa tərəfə rəğbət bəsləyən” mülki şəxsləri əsir aldıqlarını qeyd edib.